Rәcәb Tayyib Әrdoğan vә Tunis prezidenti arasında telefon danışığı olub

Görüşlәrdә ikitәrәfli münasibәltәrlә yanaşı Tunisdә qiymәtlәrin qaldırılmasına qarşı  keçirilәn etiraz aksiyalarına da toxunulub.

886764
Rәcәb Tayyib Әrdoğan vә Tunis prezidenti arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Tunis prezidenti Әl-Baci Kaid әs-Sibsi və  bu ölkәnin baş naziri  Yusif Şahid ilə telefon әlaqәsi saxlayıb.

Görüşlәrdә ikitәrәfli münasibәltәrlә yanaşı Tunisdә qiymәtlәrin qaldırılmasına qarşı  keçirilәn etiraz aksiyalarına da toxunulub.

Türkiyә prezidenti Tunisin bu problemlәrin öhdәsindәn gәlәcәyinә inamını vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan görüş zamanı hәmçinin Tunisә etdiyi son sәfәr zamanı ona vә sәdrlik etdiyi nümayәndә heyәtinә  göstәrilәn qonaqpәrvәrliyә görә tәşәkkürünü bildirib.

Görüşdә Türkiyә vә Tunis münasibәtlәrinin hәr sahәdә daha da inkişaf etdirilmәsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr