“ABŞ Türkiyədə siyasi çevriliş reallaşdırmağa cəhd edir”

prezidenti, Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyıb Ərdoğan partiyasının Türkiyə Böyük Məllət Məclisi qrupunun toplantısında çıxış edib.

884627
“ABŞ Türkiyədə siyasi çevriliş reallaşdırmağa cəhd edir”

Prezident Ərdoğan çıxışında: “Türkiyədə hərbi çevriliş cəhdini həyata keçirə bilməyənlər indi fərqli yollar axtarırlar. ABŞ-dakı məhkəmə prosesi, Türkiyəni guya iqtisadi baxımdan, FETÖ terror təşkilatı, Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri ilə sıxışdırmaq cəhdidir və 15 iyulun davamıdır. Bununla da istədikləri nəticəni əldə edə bilməyəcəklər”.

Türkiyənin qəbilə dövləti olmadığını hər kəs bilməlidir deyən Prezident Rəcəb Tayyıb Ərdoğan vurğulayıb ki, “Biz İstiqlal savaşı ilə küllərimizdən doğduq. Türkiyənin son 15 ildəki inkişafı birilərini narahat edir. Çatlasalar da, partlasalar da, biz bu yolda addımlamaqdan imtina etmiyəcəyik. Terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD/YPG-yə hər cür dəstək verən ABŞ-la nə danışabilərik ki? Suriyada terror təşkilatına 4 min yük maşını silah, texnika verdilər. Bunlar sonra gəlib bizə məsləhət verirlər. Siz bizə nə məsləhət verə bilərsiniz? Biz öz taleyimizi özümüz müəyyənləşdirdik, indən sonra da müəyyənləşdirməkdə davam edəcəyik. Bu günə qədər bizə çəkilən sərhədlərdən kənara çıxmasaydıq, milli gəlirimiz 863 milyard dollara qalxmazdı. Biz bu uğurlara ağlımızla, əməyimizlə nail olduq”.

Suriyanın şimalında PYD/YPG terror təşkilatının yaratdığı terror dəhlizini tamamilə məhv etməyin zamanının çatdığını ifadə edən prezident Ərdoğan bildirib ki, “Suriyada Fərat qalxanı əməliyyatı çərçivəsində atdığımız addımı Afrin və Münbiçdə davam etdirərək ölkəmizin sərhəd boyu təhlükəsizliyini bərpa edəcəyik.

 

 



Әlaqәli Xәbәrlәr