Yaralı İran əsgərlərinə yardım edən Türk hərbçi mükafatlandırılıb

Türkiyə-İran sərhəd məntəqəsində terror təşkilatı PKK mənsubu terroristlərin İran əsgərlərinə hücumu nəticəsində yaralanan əsgərlərə yardım edən Türk hərbçi mükafatlandırılıb.

884047
Yaralı İran əsgərlərinə yardım edən Türk hərbçi mükafatlandırılıb

Türkiyə-İran sərhədinin Gökay bölgəsində, PKK terror təşkilatı mənsubu quldurların hücumuna məruz qalan İran əsgərlərinin tələbi üzərinə bölgəyə cəlb olunan hərbçi həkim Leytenant Məhmət Bahadır Çalhan Iğdır valisi Ənvər Ünlünün qəbulunda olub.

Vali Ənvər Ünlü 4 Dekabr 2017də yaralanan İran əsgərlərinə çətin ərazi şərtlərinə baxmayaraq tibbi müdaxilə edən Çalhanı qəbul zamanı cəsarətli xidmətinə görə təbrik edib və müfvəffəqiyyət sənədiylə mükafatlandırıb.

Qeyd edək ki, Iğdırdaki Gökay Hüdud Batalyonu yaxınlığında Türkiyə-İran sərhədinin İran ərazisində fəaliyyət edən İranlı mühəndis və əsgərlərdən ibarət qrupa, PKK mənsubları hücum təşkil etmiş hadisə nəticəsində 4 İranlı yaralanmışdı. İranlı qrup, İran təhlükəsizlik qüvvələrinə məxsus qərargahın uzaq olması səbəbindən, Türk əsgərlərindən yardım tələb etmişdi.



Әlaqәli Xәbәrlәr