Dövlət başçısı Fransada mətbuat konferansı keçirdi

Dövlət başçısı Ərdoğan ölkənin Avropanın İttifaqına daxil olmağa dair danışıqlardan yorulduğunu söylədi.

882717
Dövlət başçısı Fransada mətbuat konferansı keçirdi

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin Avropa İttifaqına (Aİ) daxil olmağa dair danışıqlardan "yorulduğunu" bildirib.

Dövlət başçısı bunu fransalı həmkarı Emmanuel Makron ilə danışıqlardan sonra kəçirilən mətbuat konferansında dilə gətirib.

"Türkiyə Avropa İttifaqının qapısında 54 il gözlədi, Türkiyə xalqı ölkənin Aİ-yə daxil olmasına dair danışıqlardan çox yorulub. Ola bilsin ki, bizi müəyyən addımı atmağa məcbur edəcəklər, çünki Ankara ölkənin Aİ-yə daxil olmasını daim xahiş etmək fikrində deyil", - deyə Ərdoğan bildirib.

Ərdoğan Suriya məsələsinə toxunaraq deyib ki, təəssüf ki, NATO üzrə dostumuz ABŞ hələ də, terrorçuları (YPG) silahla təchiz etməkdə davam edir. Bu, bizim narahatçılığımıza səbəb olur… Biz Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Biz belə bir təhlükə yaranacağı təqdirdə əlimizdən gələni edəcəyik.

Ərdoğan həmçinin yenidən Bəşər Əsədin gələcək seçkilərdə iştirakına qarşı çıxıb.

"Suriyaya demokratik seçkilər lazımdır. Türkiyə buna köməklik göstərməyə hazırdır", - deyə o əlavə edib.

Fransa prezidenti Emmanuel Makron isə öz növbəsində Qüds məsələsində iki dövlətli həll yolu olmasının, Suriyada isə DEAŞ-dan sonra sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb və Suriyada bir yol xəritəsinin müəyyən edilməsində Türkiyə ilə birlikdə addım atmağı istədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr