Türkiyə İranda dinclik və sabitliyin qorunmasına əhəmiyyət verdiyini açıqladı

Xarici İşlər Nazirliyi İranda 20-dən artıq şəhərdə davam edən etiraz aksiyalarına münasibət bildirdi.

880104
Türkiyə İranda dinclik və sabitliyin qorunmasına əhəmiyyət verdiyini açıqladı

Xarici İşlər Nazirliyi İranda 20-dən artıq şəhərdə davam edən etiraz aksiyalarına münasibət bildirdi.

Açıqlamada İranda dekabrın 28-də başlayan etiraz aksiyalarının yayılaraq davam etdiyi və baş verən hadisələrdə ölənlərin olduğu, həmçinin ictimai binara ziyan yetirildiyi barədəki xəbərlərdən naharatlıq duyulduğu vurğulanıb.

Açıqlamada Türkiyənin dost və qardaş İranın ictimai dinclik və  sabitliyinin qorunmasına böyük əhəmiyyət verdiyi bildirilərək qeyd olunub ki, prezident Həsən Ruhaninin xalqın sülhməqsədli nümayiş keçirməyə haqqı olduğu, ancaq qanunların tapdalanması və ictimai mülkə zərər yetirilməsi barədəki açıqlaması nəzərdə tutularaq zorakılıqdan və təxribatçılıqdan imtina edilməlidir.

Açıqlamada həmçinin “Yaxın zamanda bu ölkədə dincliyin təmin edilməsini və məntiqin qələbə çalaraq hadisələrin artmasının qarşısının alınmasını, hadisələri təhrik edəcək ifadələr və xarici müdaxilələrdən imtina edilməsini diləyirik” ifadələri yer tutub.



Әlaqәli Xәbәrlәr