Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransaya səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə yanvarın 5-də bu ölkəyə səfər edəcək.

879371
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransaya səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə yanvarın 5-də bu ölkəyə səfər edəcək.

Dövlət başçısının sözçüsü İbrahim Kalın Ərdoğanın Fransa prezidenti Emmanuel Macronun dəvəti olaraq 5 yanvarda Fransaya səfər edəcəyini ifadə edərək iki liderin səfərdə Qüds, Suriya, İraq və terrorla mübarizə başda olmaq üzrə regional mövzuları və Türkiyə- Avropa İttifaqı münasibətlərini müzakirə edəcəklərini bildirib.

İki ölkə arasında dərin köklü əlaqələrin daha çox qarşılıqlı sərmayə qoyuluşları ilə enerji, müdafiə sənayesi, elm və texnologiya, nəqliyyat, mədəniyyət və təhsil kimi sahələrdə mühüm layihələrilə daha da inkişaf etdiyini vurğulayan İbrahim Kalın qeyd edib ki,

Fransada yaşayan 700 minə yaxın əhalisi olan Türk icması ölkələrimiz arasında bir körpü vəzifəsi görür. Səfərdə Qüds, Suriya, İraq və terrorla mübarizə başda olmaq üzrə regional mövzular və Türkiyə-Aİ əlaqələri müzakirə olunacaq. Cənab dövlət başçımızın Fransaya səfəri bu ölkə ilə iş birliyimizin millətimizə və bütün bölgənin mənfəətinə olacaq şəkildə daha da inkişaf etdirilməsinə töhfə verəcək.



Әlaqәli Xәbәrlәr