Türkiyənin ilk qazma gəmisi Çanaqqala boğazından keçdi

Norveçin cənub sahilindəki Hoylandsbygda limanından İstanbula getmək üçün hərəkət edən "Türkiyənin ilk qazma gəmisi Deepsea Metro-2", Çanaqqala boğazından keçdi.

878750

Türkiyə Petrolleri Anonim Ortaqlığının (TPAO) Aralıq dənizində qazma işlərində istifadə edəcəyi "Deepsea Metro-2" adlı gəmi dünən axşam saatlarında Çanaqqala boğazından keçərək Mərmərə dənizinə istiqamətində irəliləyib.

Sahil Mühafizə qrupunun boğazı keçərkən müşayiət etdiyi Marşal adaları bayraqlı 51,283 gross ton olan gəminin uzunluğu 229 metrdir.

 2011-ci ildə Cənubi Koreyada inşa edilən “Deepsea Metro-2” 12 min fit dəniz və maksimum 40 min dərinlik qazma xüsusiyyəti var.

Türkiyənin invanterine daxil ediləcək gəmi ilə hər il Qara və Aralıq dənizlərində aktiv qazma fəaliyyətləri aparılacaq.

Әlaqәli Xәbәrlәr