Biz Aİ ölkələri ilə əlaqələrimizin yaxşı olmasını arzu edirik

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çaddan Tunisə uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirdi.

877434
Biz Aİ ölkələri ilə əlaqələrimizin yaxşı olmasını arzu edirik

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çaddan Tunisə uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırdı.
 
 Ərdoğan bundan sonrakı prioritetin Fələstinin dövlət kimi tanınması olduğunu bildirdi.
 
 Ərdoğanın Vatikanda Qüdsün statusu barəsində Papa Francois ilə üz-üzə danışacağını qeyd etdi.
 
  Türkiyə prezidenti Sudan prezidenti Ömər Əl Bəşir ilə bağlı açıqlamalar verərək 13 dekabrda İstanbuldakı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds toplantısı zamanı Beynəlxalq Cinayət Məhkəməsindən məktub gəldiyini dedi və məsələ ilə əlaqədar bunları qeyd etdi: "Məhkəmə bu məktubunda "Bəşirin həbs olunaraq tərəfimizə verilməsi"ni bizdən tələb edir. Biz oranın üzvü deyilik. Bu gülməlidir. İƏT-in  üzvü kimi belə bir toplantıda iştirak etmiş bir insanı biz  sənə təslim edəcəyik? Bu necə anlayışdır, necə  məntiqdir, necə hüquqdur? Sən 251 insanımı şəhid edən Fətullahçı terror təşkilatının (FETÖ) başçısını mənə təslim etmək üçün ən kiçik bir hərəkət etməyəcəksən. Lakin Ömər Bəşiri  məndən istəyəcəksən. Çox gülünc mövqe nümayiş etdirən beynəlxalq qurumlar var" 
 
 Ərdoğan Türkiyə-Avropa İttifaqı münasibətlərini də dəyərləndirərək: "Nə Almaniya ilə  problemimiz var, nə Niderlandla, nə də Belçika ilə. Problemlər olub, amma son görüşlərimiz yaxşı oldu. Biz Aİ ölkələri ilə əlaqələrimizin yaxşı olmasını arzu edirik" dedi.
 
 



Әlaqәli Xәbәrlәr