Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin son dayanacağı Tunisə səfər etdi

Ərdoğanı Kartaca hava limanında Tunisin xarici işlər naziri başda olmaqla digər səlahiyyətlilər qarşıladı.

876495
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin son dayanacağı Tunisə səfər etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin son dayanacağı Tunisə səfər etdi.

Ərdoğanı Kartaca hava limanında Tunisin xarici işlər naziri başda olmaqla digər səlahiyyətlilər qarşıladı.

Dövlət başçısı Ərdoğan Tunis prezidenti Əl-Baci Kaid əs-Sibsi tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanacaq, sonra isə təkbətək və heyətlər arasında görüşlər baş tutacaq. Ərdoğan iki ölkə arasındakı sazişlərin imza mərasimində iştirak edəcək, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək.

Tunis prezidenti Sibsi Ərdoğana “Dövlət ordeni” təqdim edəcək, şərəfinə ziyafət verəcək.

Dövlət başçısı Ərdoğan Şəhidlər abidəsinə baş çəkəcək sonra isə Kasbah sarayında Tunisin baş naziri Yusif Şahidi qəbul edəcək.

Ərdoğan Məclis Sədrlik Divanında Məclis sədri Məhəmməd Nasır ilə görüşəcək, sonra isə Nahda lideri Raşid əl-Qannusi, Nida baş katibi Hafiz Kaid əs-Sibsi, Tunis Layihəsi Hərəkatının sədri Möhsin Mərzuku ayrı-ayrılıqda qəbul edəcək.

Dövlət başçısı Ərdoğan daha sonra Türkiyə-Tuis İqtisadi və Yatırım forumunda iştirak edəcək.



Әlaqәli Xәbәrlәr