Binәli Yıldırım Sәudiyyә Әrәbistanına sәfәr edәcәk

Baş nazirin Sәudiyyә Әrәbistanına edәcәyi  sәfәri çәrçivәsindә kritik mövzular müzakirә olunacaq.

874859
Binәli Yıldırım Sәudiyyә Әrәbistanına sәfәr edәcәk

Türkiyәnin baş naziri Binәli Yıldırım 27-28 dekabr tarixlәrindә Sәudiyyә Әrәbistanına sәfәr edәcәk.

Baş nazirin Sәudiyyә Әrәbistanına edәcәyi  sәfәri çәrçivәsindә kritik mövzular müzakirә olunacaq.

BMT-nin Qüds qәrarından sonra baş nazirin Sәudiyyә Әrәbistanına edәcәyi sәfәr böyük әhәmiyyәt daşıyır.

Qeyd edәk ki,  Sәudiyyә Әrәbistanı BMT Baş Mәclisindә sәsvermәyә çıxarılan Qüds mövzusunun lehinә sәs vermişdi.

Baş nazirin bu ölkәdә keçirәcәyi görüşlәrdә  bundan sonra atılacaq addımlar, regional mәsәlәlәr, Suriya vә Şimali İraqda baş verәn proseslәrin müzakirә olunması gözlәnilir.



Әlaqәli Xәbәrlәr