Binәli Yıldırım Karabükdә çıxış edib

Türkiyәnin baş naziri Binәli Yıldırım Әdalәt vә İnkişaf Partiyasının Karabük şәhәrindә keçirilәn konqresindә çıxış edib.

874565
Binәli Yıldırım Karabükdә çıxış edib

Türkiyәnin baş naziri Binәli Yıldırım Әdalәt vә İnkişaf Partiyasının Karabük şәhәrindә keçirilәn konqresindә çıxış edib.

Binәli Yıldırım çıxışı zamanı  "2017-ci ilin sonunadәk ixracatımızın 157 milyard dollara çatmasını gözləyirik. Bu bir rekorddur. Bu uğurun arxasında sabitlik, inam vә  güclü siyasi iradə vardır" deyә qeyd edib.

Binәli Yıldırım Qüds mәsәlәsinә dә  toxunaraq bildirib ki: ‘‘Bir daha vurğulandı ki, güclü olan hәr zaman haqlı deyil. Haqlı olan daim ən güclü olandır.’’

Qısa müddәt әvvәl ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını elan etdiyini xatırladan Binәli Yıldırım qәrarın bölgәdә sülhә deyil davaya, qarşıdurmaya vә yeni problemlәrin yaranmasına xidmәt etdiyini söylәyib.



Әlaqәli Xәbәrlәr