XİN: ABŞ-ın qoyduğu veto qərarı etibarını və mənasını itirmişdir

XİN BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsilə ABŞ-ın qoyduğu vetonun da etibarını itirdiyini bildirib.

873382
XİN: ABŞ-ın qoyduğu veto qərarı etibarını və mənasını itirmişdir

Türkiyə Xarici İşlər Nazirliyi BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsilə ABŞ-ın qoyduğu vetonun da etibarını itirdiyini bildirib.

Nazirlik Qüds mövzusunda BMT Baş Məclisinə “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Zirvə Dönəm Sədri” adından Türkiyə və “Ərəb Liqası Dönəm Sədri” adından Yəmən tərəfindən təqdim edilən  qətnamənin 128 ölkənin dəstəyilə qəbul edilməsinin böyük məmnunluqla qarşılandığını bildirdi.

ABŞ-ın etikaya ziddi olan təzyiq və təhdidlərinə baxmayaraq beynəlxalq ictimaiyyətin Qüds mövzusunda BMT qərarları və beynəlxalq hüquqa sadiq olduğu vurğulanan açıqlamada qeyd edilib ki, əldə edilən bu nəticə ABŞ rəhbərliyinin talehsiz qərarının hüquqa zidd olduğunu ən açıq  şəkildə ortaya qoydu. Beləliklə ABŞ-ın dekabrın 18-də Təhlükəsizlik Şurasında qoyduğu veto da etibarını və mənasını itirdi.

Açıqlamada BMT təhlükəsizlik Şurasında olduğu kimi beynəlxalq ictimaiyyətin əksəriyyətinin vicdanına sığmayan ABŞ qərarını rədd etdiyi bildirilərək vurğulanıb ki, ABŞ-ın bu prosesdən lazım gələn dərsi götürməsini və gələcəkdə Qüds mövzusunda beynəlxalq hüquq və BMT əsaslarına uyğun mövqe ortaya qoymasını arzu edirik. Ayrıca bexnəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərini BMT Baş Məclisi tərəfindən qəbul edilən bu önəmli qərarla maraqlanmağa dəvət edirik.



Әlaqәli Xәbәrlәr