Qüdsün müsəlmanlara aid şəhər olma və multikultural xüsusiyyətini heç kim əlindən ala bilməz

Bunu Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş TRT Avaza verdiyi müsahibəsində bildirdi.

869133
Qüdsün müsəlmanlara aid şəhər olma və multikultural xüsusiyyətini heç kim əlindən ala bilməz

Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş TRT Avaza müsahibə verdi.

Kurtulmuş müsahibəsində Qüdslə bağlı fikir söylədi.

Nazir ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarını "fait accompli" şəklində qəbul etdirməyə çalışdığını vurğulayaraq:" Belə bir şey ola bilməz. ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarı heç bir rəsmi əhəmiyyət kəsb etmir. Amma bunun sayəsində bütün İslam dünyası bir araya gəldi. Zənn edirəm ki, bu , İslam dünyasının taleyini, tarixini dəyişdirəcək əhəmiyyətli bir qərar oldu"-deyə danışdı.

Kurtulmuş:"Qüdsün bu multikultural, müsəlmanlara aid şəhər və müsəlmanların da içində olduğu mədəniyyət mərkəzi olma xüsusiyyətini heç kim əlindən ala bilməz. Bu özünəməxsusluq qiyamətə qədər qorunacaq. Ora müsəlmanların müqəddəs şəhəridir"- dedi.

 



Әlaqәli Xәbәrlәr