Baş Qərargah Rəisliyinin təhlükəsizliklə əlaqəli zirvə toplantısı keçirildi

Toplantıda başda İraq və Suriya olmaqla  bölgədəki ümumi təhlükəsizlik vəziyyəti və terror təşkilatları ilə mübarizədə görülməsi vacib olan tədbirlərlə əlaqəli məsələlərdən danışılıb.

868794
Baş Qərargah Rəisliyinin təhlükəsizliklə əlaqəli zirvə toplantısı keçirildi

Türkiyənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın ev sahibliyində İraqın Baş Qərargah rəisi ordu generalı Osman Qanimi, ABŞ-ın Avropa Qüvvələr komandiri Curtis M. Scaparrotti və ABŞ Mərkəzi Qüvvələr komandiri Joseph L. Vottelin iştirakı ilə təhlükəsizlik zirvəsi keçirildi.

Baş Qərargah Rəisliyinin zirvə yığıncağına dair açıqlamasına əsasən, Baş Qərargah Rəisliyinin Mərkəzi Qərargahında baş tutan toplantıda başda İraq və Suriya olmaqla  bölgədəki ümumi təhlükəsizlik vəziyyəti və terror təşkilatları ilə mübarizədə görülməsi vacib olan tədbirlərlə əlaqəli məsələlərdən danışılıb.



Әlaqәli Xәbәrlәr