Bəkir Bozdağ:"Qüds bizim ruhumuzda, qəlbimizdədir"

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Türkiyə Böyük Millət Məclisinin iclasında çıxış etdi.

867053
Bəkir Bozdağ:"Qüds bizim ruhumuzda, qəlbimizdədir"

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Türkiyə Böyük Millət Məclisinin iclasında 2018-ci ilə aid büdcələr haqqında  hökumət adından çıxış etdi.
 Bəkir Bozdağ çıxışında konstitusiya əsasında dövlətin başında duran  prezidentin vəzifə və səlahiyyətləri baxımından əhəmiyyətindən danışdı. 
Baş nazirin müavini  prezidentin Türkiyə Respublikasının və Türk Millətinin birliyini təmsil etdiyini xatırladaraq:"Prezident cənab Rəcəb Tayyib Ərdoğan vəzifələrini və səlahiyyətlərini konstitusiya əsasında  bitərəf şəkildə yerinə yetirir. Bunda heç kimin tərəddüdü olmamalıdır. Lakin məsələ Türkiyənin və  millətin maraqları olunca, prezident  tərəf olur və olmağa davam edəcək" deyə danışdı.
Bozdağ ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarına da toxunaraq. "Qüds bizim ilk qibləmizdir, Merac möcüzəsinin şahididir. Heç kim bu məsələyə və İsraildə baş verənlərə Türkiyənin biganə qalmasını gözləməsin. Fələstinlilərə, qəzzalılara, Qüdsdəki müqəddəs əmanətlərə etdikləri hörmətsizliyə qarşı Türkiyənin səsi hər zaman gur olacaq. Qüds bizim ruhumuzda, qəlbimizdədir. Qüdsdən fələstinlilər, qəzzalılar, bütün ərəblər əl çəksə də Türkiyə əl çəkməz, Türk milləti əl çəkməz" dedi.
 Baş nazirin müavini çıxışında terrorla mübarizə məsələsindən də bəhs edərək  FETÖ-nü terror təşkilatı olaraq elan edən ilk hökumətin Ədalət və İnkişaf  Partiyasının hökuməti olduğuna diqqət çəkdi.
Bozdağ DEAŞ-ın İslam düşməni, beynəlxalq bir layihə  olduğunu qeyd etdi, bu terror təşkilatı ilə səmimi mübarizə aparan yeganə ölkənin Türkiyə olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr