Süleyman Şah Saygı polis bölməsi keçmişdəki yerində fəaliyyətini icra edəcək

Baş nazir Binəli Yıldırım Suriya ərazilərində olan və 2015-ci ildə köçürülən Süleyman Şah Sayğı polis bölməsinin keçmişdəki yerində fəaliyyətini icra edəcəyini söyləyib.

866602
Süleyman Şah Saygı polis bölməsi keçmişdəki yerində fəaliyyətini icra edəcək

Baş nazir Binəli Yıldırım Suriya ərazilərində olan və 2015-ci ildə köçürülən Süleyman Şah Sayğı polis bölməsinin keçmişdəki yerində fəaliyyətini icra edəcəyini söyləyib.

Baş nazir Türkiyə Böyük Millət Məclisinin iclasında etdiyi çıxışda deyib ki, bunu açıq-aşkar qeyd edək ki, tarixi haqlarımız barədə çox həssasıq. Süleyman Şah Saygı polis bölməsi Türkiyənin mülküdür, orada Türkiyənin bayrağı dalğalanacaqdır. Yaxın zamanda təhlükəsizlik səbəbindən polis mərkəzi boşaldılmışdı. Suriyadakı işlər öz axarına düşəndən sonra Süleyman Şah Sayğı polis bölmərsi yenidən öz fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, Suriyanın Münbiç bölgəsinə bağlı Qarakozak kəndində yerləşən Süleyman Şah Saygı polis bölməsi 2015-ci ildə, bölgədə artan toqquşmalar ucbatından, müvəqqəti olaraq Eşmə kəndinə köçürülmüşdü.

Baş nazir Yıldırım Suriyadakı son vəziyyətə də toxunaraq deyib ki, keçən ilin axırında Hələbdə elan edilməsinə imkan yaradılan atəşkəsin ölkə miqyasında qüvvədə olması üçün Astanada üçtərəfli (Türkiyə-İran-Rusiya) əməkdaşlıq prosesinə start verildi. Astana qərarlarının təsirilə sahədə şiddət azaldı və siyasi həll prosesi işə daxil oldu.

“Yekun həll yolu terrorda əli olmayan bütün ünsərlərin daxil olacağı, torpaq vahidliyi və siyasi birliyi təmin olunmuş bir Suriya dövlətinin bərpasıdır”-deyə baş nazir Yıldırım vurğulayıb.

İraqın dincliyi, rifah və sabitliyinin də Türkiyə üçün həyatı əhəmiyyəti olduğunu qeyd edən baş nazir Yıldırım İraq Kürd Regional Rəhbərliyin İraqın siyasi vahidliyi və bütövlüyünə meydan oxuyan qanunsuz referendum təşəbbüsü qarşısında İraq hökumətinin yanında olduqlarını xatırladaraq, bunu edərkən də əsla kürdləri hədəf götürmədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr