Ankarada Qüds mitinqi keçiriləcək

(ABŞ) Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarına reaksiya məqsədiylə 17 Dekabr Bazar günü Anadolu Meydanında mitinq təşkil edəcək.

866614
Ankarada Qüds mitinqi keçiriləcək

 

Məmur-Sen və Haqq-İş həmkarlar ittifaqları, Hümanitar Yardım Vəqfi, Anadolu Gənclik Dərnəyi, Cihannüma və Öndər, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarına reaksiya məqsədiylə 17 Dekabr Bazar günü Anadolu Meydanında mitinq təşkil edəcək.

Mitinqi təşkil edəcək quruluşların açıqlamasında, tədbir fələstinlilərin tək olmadıqlarına, Qüdsün insanlığın və ümmətin ürəyi olduğuna, işğal cəhdlərinə əsla biganə qalınmayacağına diqqət çəkmək üçün təşkil ediləcək deyilib. Açıqlamada çirkli planla yalnız Qüds və Fələstinin yox, bütün bəşəriyyətin və dünya sülhünün hədəf götürüldüyü vurğulanıb.



Әlaqәli Xәbәrlәr