Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəldi

İki həmkar arasında görüş keçirilməyə başlanıb.

866135
Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəldi
Putin.jpg

Rusiya dövlət başçısı Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfərə gəldi.

İki həmkar arasında görüş keçirilməyə başlanıb.

Ərdoğan və Putin ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin  Orta Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla,  beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaq.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.


Etiketlәr: #Vladimir Putin

Әlaqәli Xәbәrlәr