İsmayıl Kahraman İslam ölkələrini İsrailin təcavüzkar siyasəti qarşısında bir olmağa çağırdı

Türkiyə Böyük Millət Məclisinin sədri  İsmayıl Kahraman Amerika Birləşmiş Ştatlarının  Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarından sonra İslam ölkələrinə müraciət etdi.

865890

Kahraman müraciətində: "ABŞ dekabrın 6-da atdığı addımla İsrailin hüquqsuz, təktərəfli, fait accompli şəklindəki qərarlarını təsdiq etdi, Orta Şərqdə yeni bir qarşıdurmanın fitilini alışdırdı" dedi.
 
Türkiyə Böyük Millət Məclisinin sədri Orta şərqə sülh və əmin-amanlığın gəlməsinin yolunun Fələstin məsələsinin ədalətli həlli olduğunu qeyd edərək: "Millət və dövlət olaraq fələstinli qardaşlarımızın yanında olduğumuzu hər zaman ifadə etdik, etməyə də davam edəcəyik. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə Qüds gündəmi ilə iki gün sonra İstanbulda toplanacaq İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkədən də gözləntimiz İsrailin işğalçı və təcavüzkar siyasəti qarşısında birlik ifadə edən mövqe nümayiş etdirmələridir" deyə bildirdi.

Әlaqәli Xәbәrlәr