“Tramp qəbul etdiyi qərarla regionu atəş girdabına atır”

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını sərt tənqid edib, onu BMT-nin Qüds barədə qərarına məhəl qoymamaqda təqsirləndirib.

863274
“Tramp qəbul etdiyi qərarla regionu atəş girdabına atır”

Prezident R.T. Ərdoğan Yunanıstana rəsmi səfər Əvvəli Esenboğa hava limanındakı çıxışında ABŞ Prezidentinin bu addımını dünyanı, xüsusən regionu atəş girdabına atmaq kimi səciyyələndirib. “Mən Trampın bəyanatı ilə əlaqədar nəinki İslam ölkələrinin, eyni zamanda, Qərb ölkələrinin liderləri və Roma papası ilə telefon danışıqları aparıram. Bu məsələni Rusiya prezidenti Vladimir Putinlə də müzakirə edəcəyəm. Çünki bu mövzu nəinki müsəlmanlara, həmçinin hamıya aiddir”.

Prezidentin sözlərinə görə ABŞ Qüdsə dair “BMT-nin indiyə qədər heç kimin pozmadığı 1980-ci il qərarını tapdalayıb.

Ərdoğan vurğulayıb ki, “Trampın nə etmək istədiyi aydın deyil. O, hazırda bütün regionu qarışdıran mikser rolunu oynayır. Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs yerdir. Atılan addım bu regionda alışan kibritə bənzəyir. Liderlər münaqişələri alovlandırmamalı, əksinə sülhü bərqərar etməlidir. Əgər Tramp güclü olduğu üçün doğru olduğunu hesab edirsə, yanılır. Güclü olmaq, doğru olmaq demək deyil”.

Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının dövr sədri kimi bütün üzv ölkələri 13 Dekabrda İstanbulda fövqəladə yığıncağa dəvət edəcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr