Ərdoğan, Yunanıstanda mətbuata açıqlama verib

Prezident Ərdoğan, Yunanıstan səfəri çərçivəsində həmkarı Prokopis Pavlopulo ilə bir araya gəlib.

863409
Ərdoğan, Yunanıstanda mətbuata açıqlama verib

İki lider arasında baş tutan danışıqdan sonra birgə mətbuat konfransı təşkil edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında Türkiyə Respublikasının, Qurtuluş Döyüşündən sonra (1923)-də Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika və Yuqoslaviya ilə imzaladığı Lozanna müqaviləsinə toxunub. Bu razılaşmada hələ də detalların olduğunu ifadə edərək Qərbi Trakyadaki Müsəlmanların bəzi hüquqlardan məhrum qaldığını baş müftünü belə seçə bilmədiklərini qeyd edib. Lozanna müqaviləsinin iddia edildiyi kimi tətbiqdə olmadığını, Yunanıstanda fərdi milli gəlir 18 min dollar olarkən Qərbi Trakyada 2 min 200 dollar olması bunun ən bariz nümunəsidir deyib. Qərb Trakya Türklerinə İnvestisiya sahəsində lazımlı dəstək verilmir. Burada bir ayrı-seçkilik olduğu aşkardır. Türkiyədəki Rum vətəndaşlarıma istiqamətli belə tətbiq görmək qeyri mümkündür. İbadətxanalar mövzusunda da heç bir ayrı-seçkilik görə bilməzsiniz. Ancaq Qərb Trakya xalqı bütün bu hüquqlardan məhrum edilir. Hətta burada bir Türk kəlməsinin yazılması belə həzm edilə bilmir.



Әlaqәli Xәbәrlәr