" Qüds Müsəlmanların ilk qibləsidir":B.Bozdağ

Türkiyə, Amerika Birləşmiş Ştatlarının (ABŞ), Qüdsü İsrailin paytaxtı olaraq tanıma planının, hər kəs üçün böyük fəlakət olacağı mövzusunda xəbərdarlıq edib.

862472
" Qüds Müsəlmanların ilk qibləsidir":B.Bozdağ

Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Twitter hesabından yayıdığı məlumatda: “Qüds Müsəlmanların ilk qibləsidir. Hər kəsi, məsuliyyət hissi ilə davranmağa, imzaladığı razılaşmalara sadiq qalmağa, addımlarını məntiq çərçivəsində atmağa, daxili siyasət və ya başqa səbəblərlə dünya sülhünü təhlükələrdən uzaq tutmağa, müsəlmanlara və İslam ölkələrinə, izzətinə yiyələnmələri haqqında çağırış edirəm. Qüdsün paytaxt elan edilməsi, , böyük çətinliklərlə həyata keçirilən Yaxın Şərq sülh prosesini məhv edər. Bu plan, bölgədə böyük qarışıqlıq, böhran, xaos və qarşıdurmalara gətirib çıxarar. Hamımızın və hər kəsin böyük fəlakət ilə qarşı-qarşıya gəlməsinə səbəb olar”.

Xarici işlər naziri Mevlüd Çavuşoğlu da, ABŞ-ın səfirliyini Qüdsə köçürtmə cəhdinin böyük səhv olacağını, bölgədə sabitlik və sülhü təhlükəyə salacağını qeyd  edib.  Türkiyənin Qüdsə olan əlaqələrinin aşkar olduğunu ifadə  edən  Çavuşoğlu, Plana yalnız müsəlman dünyası yox bütün dünyanın müxalif olduğunu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr