“Qüds müsəlmanların "qırmızı xəttidir"”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıcağına dair xəbərlərin onu kədərləndirdiyini bildirdi.

861676
“Qüds müsəlmanların "qırmızı xəttidir"”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qüdsün müsəlmanların "qırmızı xətti" olduğunu söyləyib.

Dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıcağına dair xəbərlərin onu kədərləndirdiyini dəyən Ərdoğan bildirib ki, cənab Tramp Qüds müsəlmanların qırmızı xəttidir. Bu bizim İsrail ilə diplomatik əlaqələrimizi kəsməyə aparıb çıxara bilər. ABŞ-ı burdan bir daha xəbərdar edirik. Belə bir addım ata bilməzsiniz. ABŞ hər problemi həll etdi, bumu qaldı. DEAŞ ilə mübarizəni bitirdi, indi növbədə bu məsələmi dayanır?

İslam Əməkdaşlığı Təşkilatının dönəm sədri olaraq bu məsələni sonunadək təqib edəcəklərini vurğulayan Ərdoğan deyib ki, əgər belə bir addım atılsa, dərhal 5-10 gündə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) liderlərinin zirvə yığıncağını İstanbulda təşkil edəcəyik.



Әlaqәli Xәbәrlәr