"Ana vətən" deyən bir millət qadını ehmal edə bilərmi?

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Ticarət Palatasında keçirilən "Qadın İşdə" adlı konfransındakı çıxışı zamanı söylədi.

861812
"Ana vətən" deyən bir millət qadını ehmal edə bilərmi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Ticarət Palatasında "Qadın İşdə" adlı konfransa qatıldı.

Ərdoğan konfransda çıxış edərək Avropada irqçiliyin artması məsələsinə toxundu, son zamanlar Avropada təhsili əngəllənən, işdən qovulan, təzyiqlər nəticəsində kommersiya fəaliyyətindən uzaqlaşan qadınların olduğunu söylədi.

Prezident:"Avrpoada yüksəlişdə olan ifrat sağ və ksenofobik axınlar qeyri-bəşəri fikirləri ilə siyasi və ictimai həyatı zəhərliyirlər. Avropanın populist liderləri  təəssüf ki, günlük problemləri həll etmək üçün bu növ şəxslərin tələblərinə boyun əyirlər" dedi.

Dövlət başçısı Türk cəmiyyətində qadına ayrı bir dəyər verildiyini vurğulayaraq:" Vətəni belə "ana vətən" adlandıran bir millət qadını ehmal edə bilərmi? "Qadln insandır, kişi insanoğlu" deyən bir ənənə qadını dəyərsizləşdirə bilərmi? Əlbəttə ki, xeyir" deyə danışdı.

Ərdoğan "Cənnət anaların ayaqları altındadır" deyən bir inanca sahib olduqlarını qeyd etdi, bəzi dairələrin terror təşkilatı DEAŞ-ın qadınlara olan davranış və münasibətini müsəlmanlara sırımağa çalışdıqlarını bildirdi.

Prezident:" Bunlar üçün məsələ qadınlar və onların hüquqları deyil. Çünki qadına həqiqətən dəyər versələr, yalnız DEAŞ canilərini deyil, PKK-nın, YPG-nin ölüm maşınına çevirdiyi gənc qızları da görərlər, onlar üçün də reaksiya göstərərlər" ifadələrini işlətdi.

 

 

 



Әlaqәli Xәbәrlәr