Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər edəcək

Bu, 65 ildən sonra Türkiyədən Yunanıstana dövlət başçısı səviyyəsində baş tutacaq ilk səfərdir.

860075
Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  7-8 dekabr tarixlərində Yunanıstana rəsmi səfər edəcək.

 Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, Ərdoğanı Yunanıstan prezidenti Prokopis Pavlopoulosun dəvət edib.

 Səfərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

 Qeyd edək ki, bu, 65 ildən sonra Türkiyədən Yunanıstana dövlət başçısı səviyyəsində baş tutacaq ilk səfərdir.



Әlaqәli Xәbәrlәr