FETÖ-cülər ABŞ məhkəməsinə də yayılıblar

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa olunacaq Qazipaşa Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimindəki çıxışında bildirdi.

860219
FETÖ-cülər ABŞ məhkəməsinə də yayılıblar

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa olunacaq Qazipaşa Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimində çıxış etdi.

Nazir çıxışında Fətullah Gülənin tərəfdarlarının ABŞ Konqresi, məhkəmə sistemi və diplomatik missiyalarına yayıldıqlarını bildirdi.

Çavuşoğlu:“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik, FETÖ-nün dövlət qurumlarına, məhkəmə instansiyalarına nüfuz etməsi barədə amerikalıları açıq şəkildə məlumatlandırırıq. Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar. Leqal və ya qeyri-leqal şəkildə.  Biz FETÖ ilə öz ölkəmiz daxilində necə mübarizə aparırıqsa, xəyanətkarların olduğu bütün dünya ölkələrində də bu cür mübarizəni davam etdirəcəyik” deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr