Türkiyə ABŞ-a reaksiya göstərdi

Türkiyə PKK terror təşkilatının Suriyadakı qolu PYD/YPG ilə bir saatlıq əməkdaşlığının belə çox zərərli olduğu barədə amerikalı rəsmilərə xəbərdarlıq etdi.

858860
Türkiyə ABŞ-a reaksiya göstərdi

Türkiyə PKK terror təşkilatının Suriyadakı qolu PYD/YPG ilə bir saatlıq əməkdaşlığının belə çox zərərli olduğu barədə amerikalı rəsmilərə xəbərdarlıq etdi.

Xarici İşlər Nazirliyi mənbələri ABŞ rəhbərliyinin PYD/YPG ilə əlaqəli mövqeyini pislədi.  

ABŞ-ın uyğun davranmadığını, keçmiş rəhbərlik vaxtında da vədlər verildiyini ancaq texniki səviyyədə bu vədlərin yerinə yetirilmədiyini qeyd edən Xarici İşlər Naziriyi mənbələri, həmçinin PYD/YPG ilə müvəqqəti əməkdaşlıq mövzusunda verilən cavabın qaneedici olmadığını, bu terror təşkilatı ilə bir saatlıq əməkdaşlığın belə çox zərərli olduğunu, bu barədə amerikalı rəsmilərə xəbərdarlıq edildiyi bildirilib.

Açıqlamada “PYD/YPG-yə verilən silahlar barədə məlumat ötürülür, amma daha dəqiq məlumat ötürülməlidir. Problem bu silah yardımının bizə təhdid olaraq geri qayıtmasıdır. Bu müvəqqəti tərəfdaşlığın nə zaman bitəcəyinə dair bizə söylənən dəqiq tarix yoxdur. ABŞ bölgəyə gedən tırların məhdud bir hissəsinin PYD-YPG-yə getdiyini, önəmli hissəsinin isə orda olan ABŞ hərbi hissələrinin ehtiyacını apardığını söyləyir” deyilib.

Xarici İşlər Nazirliyi mənbələri ayrıca, Rusiyada keçiriləcək Milli Dialoq konfransının tarixinin hələ dəqiqləşmədiyini, suriyalı kürdlərin qanuni gözləntilərini çatdıra biləcək olanların bu konqresdə iştirakının problem olmadığını ancaq, PYD/YPG ilə əlaqəsi olan terror təşkilatlarının iştirak etməyəcəyini bildirib.  



Әlaqәli Xәbәrlәr