Siyasətin dili başqadır, turizmin dili başqadır

Bunu Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş Antalyada Beynəlxalq Resort Turizm Konqresindəki çıxışı zamanı söylədi.

858496
Siyasətin dili başqadır, turizmin dili başqadır

Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş Antalyada Beynəlxalq Resort Turizm Konqresində çıxış etdi.

Nazir çıxışında bunları söylədi:"“Avropadakı seçkilər zamanı işlədilən anti-Türkiyə səciyyəli siyasət dili nəzərə alınsaydı, 3 milyon 336 min alman turisti Türkiyəyə gəlməməli idi. Çox yüksək səviyyələrdən dəfələrlə :”Əsla Türkiyəyə getməyin. Türkiyə təhlükəsiz bir ölkə deyil” deyildi.  Bu xəbərdarlıqların alman vətəndaşlarına təsir etməsi gözlənilirdi. Amma hər zaman söylədiyimiz şey bir daha ortaya çıxdı:”Siyasətin dili başqadır, turizmin dili başqadır”

Kurtulmuş 10 ayda 29,1 milyon turistin Türkiyəyə gəldiyini bildirərək:""Ötən ilin 10 ayı ilə müqayisə olunduqda, Türkiyəyə gələn turist sayında 28% artım müşahidə olunur. Bu, bizim üçün mühüm bir nailiyyətdir. Nə etsələr də, nə desələr də,Türkiyəni tanıyan, xalqın qonaqpərvərliyini, mədəni zənginliyini, tarixi dərinliyini bilən alman turistlər Türkiyəyə gəlməyə davam etdilər" dedi.

Qeyd edək ki, almanlar Türkiyəyə ən çox gələn turistlər siyahısında ikinci yerdədirlər.

 

 

 

 



Әlaqәli Xәbәrlәr