R.T.Әrdoğan: ''Türkiyә suriyalılara 30 milyard dollara yaxın yardım edib''

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәnin suriyalılara etdiyi yardımların tәxminәn 30 milyard dollar tәşkil etdiyini deyib.

857973
R.T.Әrdoğan: ''Türkiyә suriyalılara 30 milyard dollara yaxın yardım edib''

Rәcәb Tayyib Әrdoğan Ankarada yerlәşәn Beştәpә Millәt, Mәdәniyyәt vә Konqres Mәrkәzindә çıxış edib.

Dövlәt başçısı suriyalılara Təbii Fəlakətlər və Fövqəladə hallar İdarəsi- AFAD-ın vasitәsilә 2.3 milyard dollar , bәlәdiyyә xidmәtlәri olaraq 6 milyard dollar, qeyri-hökumət təşkilatları vasitəsilə də 1,2 milyard dollar  vәsait ayrıldığını deyib.

Bundan başqa  Türkiyə daxilindә vә xaricindә  təhsil və səhiyyə xidməti dә verildiyini ifadә edәn dövlәt başçısı  Suriyalılara yalnız dövlət orqanları, müəyyən qeyri-hökumət təşkilatlarının yardım etmədiyini əsl böyük köməyi Türk xalqının  etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr