"ABŞ-ın YPG-yə verdiyi silahlar geri alınmalıdır",B.Bozdağ

Baş nazirin müavini və hökumət nümayəndəsi  Bəkir Bozdağ ABŞ tərəfindən terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-yə verilmiş silahların geri alınmasının vacibliyini dilə gətirib.

855862
"ABŞ-ın YPG-yə verdiyi silahlar geri alınmalıdır",B.Bozdağ

Baş nazirin müavini və hökumət nümayəndəsi  Bəkir Bozdağ ABŞ tərəfindən terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-yə verilmiş silahların geri alınmasının vacibliyini dilə gətirib.

Bozdağ xüsusi televiziya kanallarından birinə verdiyi açıqlamada deyib ki, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trump arasındakı telefon danışığı “dönüş nöqtəsi” olmuşdur.

Bozdağ Türkiyənin Trumpun bu təşkilata daha çox silah verilməməsi barədəki sözlərinin təqibçisi olacağını bildirdikdə, daha əvvəl verilən silahların da geri alınmasının vacibliyini söyləyib. Bozdağ bildirib ki, Trumpun “Silah verməyəcəyik” açıqlaması xeyli önəmlidir, lakin tətbiq edilmədikdə əhəmiyyəti yoxdur, deyilənin yerinə yetirilib yetirilmədiyini təqib edəcəyik.

Baş nazirin müavini və hökumət nümayəndəsi  Bəkir Bozdağ Rza Sərraf məsələsinə də toxunaraq deyib ki,  Rza Sərraf qovluğu Türkiyəyə mübahisəsiz bir tələdir. Hüquqi əsası yoxdur. 17 Dekabr prosesi - Fətullahçı terror təşkilatının Türkiyə məhkəməsində edə bilmədiyi dövlət çevrilişi təşəbbüsünə hüquqi don geyindirmək istəyinin Amerika məhkəməsi vasitəsilə təkrar görünən yeni bir FETÖ - ABŞ əməkdaşlığıdır. Sərraf ABŞ-a getdimi, aparıldımı o da ayrı bir mübahisə mövzusudur. “Hərgah bizim dediyimiz ifadənin altına imza atsan dərhal sərbəst buraxılacaqsan” deyirlər. Əgər qəbul etməzsə 35-40-150 il dəyişik cəzalarla təhdid edilir.



Әlaqәli Xәbәrlәr