"Soçi üçlü görüşündən dünya və suriyalılar bir ümid və sülh gördü", R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) sədri və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan partiyasının Balıkesir Rayon Rəhbərliyində Məşvərət Məclisinin Toplantısında iştirak və çıxış edərək deyib...

855019
"Soçi üçlü görüşündən dünya və suriyalılar bir ümid və sülh gördü", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkəyə hər hansı bir dəyərinə dil uzadılmasına heç vaxt imkan verməyəcəklərini bildirib.

  Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) sədri və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan partiyasının Balıkesir Rayon Rəhbərliyində Məşvərət Məclisinin Toplantısında iştirak və çıxış edərək deyib: “8-17 noyabr tarixlərində Norveçdəki NATO təlimində Atatürk və mənim hədəf alan, Hollandiyada NATO əsgərləri tərəfindən mənim adıma sosial mediada saxta hesab açıb NATO əleyhinə yazan bəzi dairələr özlərini islah etmək məcburiyyətində qaldı... Nə özümüzə, nə Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamala, nə ordumuza, nə də bu ölkənin başqa hər hansı bir dəyərinə dil uzadılmasına heç vaxt imkan vermərik. Xüsusilə, bu əziz millətin şərəfi ilə oynanılmasını heç vaxt qoymayacağıq."

  Ərdoğan çıxışında Rusiyanın təşkilatçılığı ilə 22 noyabr Soçi görüşünə toxunaraq deyib: “Suriya məsələsinin həllindəki üçlü zirvə toplantısında Türkiyə, Rusiya və İran insan dramını sona çatdırmağa yönələn çox mühüm qərarlar verdik. Tezliklə bu qərarların müsbət əksini görməyə başlayacağıq... Müəyyən fasilələrlə üç ölkə rəsmiləri bir araya gəlməyə davam edəcək... Bütün dünya Soçi üçlü görüşündən ümid, sülh və gələcək gördü. Suriyalı qardaşlarımız da illər sonra vətənlərinə geri dönmə ehtimalını gördü".



Әlaqәli Xәbәrlәr