Ərdoğan ərəb və fransız həmkarı ilə danışdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman Əbdüləziz Səud və Fransa prezidenti Emmanuel Makronla telefonda danışıb.

855042
Ərdoğan ərəb və fransız həmkarı ilə danışdı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman Əbdüləziz Səud və Fransa prezidenti Emmanuel Makronla telefonda danışıb. Söhbət zamanı, başda Suriya olmaqla, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub. Ərdoğan Astana prosesi, Türkiyə, Rusiya, İran liderlərinin Rusiyanın Soçi şəhərindəki 22 noyabr üçlü zirvə toplantısına da toxunaraq həll axtarışı prosesilə bağlı məlumat verib. Türkiyə lideri fransalı həmkarına Suriyada Birləşmiş Millətlər Təşkilatı himayəsində sərbəst, ədalətli və bütün suriyalıların gedə biləcəkləri seçkilərin keçirilməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına böyük önəm verdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr