Pakistan və Türkiyə bir-birinə hərbi avadanlıq satışını davam etdirir

Pakistanın Müdafiə Sənayesi naziri Rana Tanvir Hüseyn ölkəsinin Türkiyədən 30 hücum vertolyotu və 4 döyüş gəmisi almağı planlaşdırdığını deyib.

855026
Pakistan və Türkiyə bir-birinə hərbi avadanlıq satışını davam etdirir

   Ankarada rəsmi görüşlərdə olan R.T.Hüseyn Pakistanla Türkiyə arasında uzun müddətdir müdafiə əməkdaşlıq və ikitərəfli əlaqələr olduğunu vurğulayaraq deyib: “Hal-hazırda Pakistan Türkiyədən T-129 hücum vertolyotu alma danışıqları aparır. Vertolyot satışına dair prosesin 90 faizi tamamlanıb, təkliflər və maliyyə məsələləri müzakirə olunur. Yaxınlarda isə MİLGEM layihəsi çərçivəsində Pakistan 2-i Türkiyə və 2-i Karaçidə olmaqla 4 gəminin inşa edəcək. Türkiyə də Pakistandan 52 "Super Mushshak" təlim təyyarəsi alacaq. Bir çox ölkədə bu təyyarə var və xüsusən, hərbi təlimlər zamanı istifadə edilir. Türkiyə Pakistan istehsalı olan JF-17 döyüş təyyarəsi almağı da nəzərdən keçirir.”

  Pakistanın Müdafiə Sənaye naziri Rana Tanvir Hüseyn Pakistan silahlı qüvvələrinin terrorizmlə mübarizədə 2014-cü ildən bu yana Zari-Azb və bu il fevralından Raddü-fasaad əməliyyatları apardığını xatıladaraq deyib: “Əvvəlki illərdə Pakistanda bir ildə təxminən 1500 terror hadisəsi törədilirdi, indi bu rəqəm ildə 40-a düşüb. Biz terror təşkilatı DAEŞ və Talibanın tüğyan etdiyi Əfqanıstanın da sülhün hakim olduğu ölkə halına gəlməsini arzu edirik”.



Әlaqәli Xәbәrlәr