Ağ Ev:"Ərdoğan YPG-yə verilən silahlarla əlaqədar məlumatlandırıldı"

Ağ Ev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trump arasındakı telefon danışığı ilə əlaqədar açıqlama verdi.

854728
Ağ Ev:"Ərdoğan YPG-yə verilən silahlarla əlaqədar məlumatlandırıldı"

Ağ Evdən verilən açıqlamada terror təşkilatı YPG-yə verilən silahlarla bağlı olaraq prezident Trumpın Suriyadakı tərəfdaşlara  hərbi dəstəyə dair yeni tənzimləmələr  barəsində prezident Ərdoğanı məlumatlandırdığı qeyd edilir.
 
Prezidentlər Suriyada vətəndaş müharibəsinin sona çatması üçün BMT Təhlükəsizlik Şurasının 2 min 254 saylı layihəsinin həyata keçirilməsi və Cenevrə prosesinin dəstəklənməsinin əhəmiyyətini qeyd ediblər.
 
 Prezident Ərdoğan və prezident Trump Suriyanın terror təşkilatları üçün etibarlı sığınacaq və xarici müdaxilələrə açıq olmaması üçün Suriyanın sabitlik və birlik vəziyyətində olmasının əhəmiyyətini vurğulayıblar.
 
 Ağ ev açıqlamasında liderlərin Amerika Birləşmiş Ştatlarından silah alışı məsələsini də müzakirə edikləri  qeyd olunur.



Әlaqәli Xәbәrlәr