Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə getdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Rusiya prezidenti Vladimir Putinin dəvətilə Türkiyə saatı ilə 13.15-də bu ölkənin Soçi şəhərinə getdi.

852701

Dövlət başçısını səfərdə xanımı Eminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak müşaiyət edir.

 Ərdoğan Suriya məsələsi ilə bağlı Rusiya, Türkiyə və İran prezidentlərinin Soçidə keçiriləcək üçtərəfli sammitində iştirak edəcək. 

Üçtərəfli zirvə yığıncağından sonra birgə mətbuat konfransı keçiriləcək.

Liderlər daha sonra şam yeməyində bir araya gələcək.

Qeyd edək ki, Dövlət başçısı Ərdoğan bununla da son bir ildə Putinlə altı dəfə qarşılıqlı görüş keçirmiş olacaq.

Әlaqәli Xәbәrlәr