"Bu suallara cavablarımız problemlərin həllinə yardım edəcək",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin noyabrın 22-də İstanbulda keçirilən 33-cü toplantısında çıxış edib.

852673
"Bu suallara cavablarımız problemlərin həllinə yardım edəcək",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin noyabrın 22-də İstanbulda keçirilən 33-cü toplantısında çıxış edib.

Ərdoğan yığıncaqda iqtisadi, sosial ve ticaret meselelerile yanaşı İslam dünyasının qarşı-qarşıya olduğu veziyyetin de müzakire olunacağını bildirib.

 Ərdoğan Suriyada 7 ildir törədilən vəhşiliyə laqeydlik, qaçqınların keçid məntəqələrində gözlədilməsi, insanlıqdan kənar hadisələrin Qərbin iç üzünü açıb göstərdiyinə toxunaraq deyib ki,  Qərbdə azadlıq, demokratiya kimi dəyərlərin yerini neonasizm və irqçilik tutub. İslam ölkələrinin Qərbə verdikləri milyardlarla dollarlıq silah sifarişlərindən kim qazanır? Ölkələrimizin sərhədlərini pozub, onu parçalayan kimlərdir? Bu suallara cavablarımız problemlərin həllinə yardım edəcək, buna inanıram. Müsəlmanlar onlara verilən rolu sorğu-sualsız qəbul edə bilməz. Böyüdülərək ortaya çıxarılan bu qatil sürülərinin islam düşmənçiliyi etməsinə müşahidəçi qala bilmərik.

Ərdoğan terror təşkilatları DEAŞ, Əl-Qaidə, Boko Haram, PKK/PYD/YPG, FETÖ kimi qatil sürülərinin bütün bölgəni qan gölünə çevirdiyinə diqqət çəkib.

Ərdoğan “Kimlər tərəfindən ortaya çıxarıldığı, dəstək olunduğu, böyüdüldüyü artıq ortadadır. Terror təşkilatlarının törətdiyi aktları üzərindən bütün müsəlmanların  töhmət altında qoyulması, bu bəhanə ilə ən təməl haqlarının qəsb edilməsi gerçək niyyəti ortaya qoyur" deyə bildirib. 



Әlaqәli Xәbәrlәr