"Güman edirlər ki, hər şey kağızları üstündəki kimi gedəcək", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Suriyada terror təşkilatı DAEŞ yenilsə də, Amerika Birləşmiş Ştatları hələ də buraya silah daşıyır”, - dedi.

852007
"Güman edirlər ki, hər şey kağızları üstündəki kimi gedəcək", R.T.Ərdoğan

    Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki toplantısında çıxışı zamanı söyləyib:

  “ABŞ-ın regionda yürütdüyü siyasət yanlışdır. Türkiyə narahatlığını dəfələrlə bildirib.

  DAEŞ-i təmizlədiyinizi söyləyirsiniz, amma hələ də silah yüklü yük maşınları Suriyaya gedir. Siz bu silahlanmanı hansı ölkəyə qarşı edirsiniz? Nə üçün edirsiniz? Dərdiniz başqadıq. Kim olduğunuzu bilirik. Ona görə biz addımlarımızı atacağıq. Kimsə bu ssenarilər qarşısında Türkiyənin əli-qolu bağlı oturmasını gözləməsin.

  İllərdir DAEŞ-i sanki məğlubedilməz bir əjdaha kimi təqdim edirdilər. Meydan nümayiş etdirilən bütün çirkli ayaq oyunlarına baxmayaraq, əslində, bu təşkilatın nə qədər boş qrup olduğunu dünyaya göstərən ölkə Türkiyə oldu.

  Artıq DAEŞ Suriya və İraqdan, demək olar ki, tamamilə atılıb. Amma bu ölkələrdə torpaq bütövlüyü, sülh və əmin-amanlıq üçün hələ də bir irəliləyiş yoxdur. Əsəd rejimi hələ də yerində durur. Çox şey deyilir, amma ortaya bir nəticə qoyulmayıb. Elə isə bu bölgədə bu qədər qan niyə tökülmüşdür? Məsələ terror, demokratiya və ya məzlumların hüquqlarının qorunması deyil ki, regionun terror təşkilatları adı bəhanəsilə yeni bir dizayna tabe edilməsidir. Biz buna biganə qalmayacağıq.

  Türkiyə qərb ölkələrinin bölgədə terror dövləti qurmaq cəhdlərini görüb buna qarşı çıxanda bəzi dairələr bundan narahat olur. Hər şeyi sınaqdan keçirdilər, amma Türkiyəni təslim edə bilmədilər. İndi ölkəmizi beynəlxalq aləmdə etibardan salmağa, küncə sıxışdırmağa, ləkələməyə və öz istədikləri istiqamətə itələməyə çalışırlar. Ölkəmizə yönəlik hiyləgər təhdidlərin arxasındakı siyasi məqsədlər açıq-aşkar ortadadır. Güman edirlər ki, hər şey kağız üstündəki kimi gedəcək. Elə olmayacağını Türkiyə dəfələrlə göstərib. Türkiyə sizin oyuncaq kimi oynadığınız ölkələrdən deyil. Türkiyə üzərində oynanılan oyunları boşa çıxardırıq. Bizim hədəfimiz 2023 hədəflərimizə çataraq dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmaqdır.”



Әlaqәli Xәbәrlәr