Kilisdə suriyalı uşaqlar üçün siniflər açıldı

Türkiyənin Kilis şəhərində suriyalı uşaqların təhsil alması üçün Avropa İttifaqının dəstəyi ilə siniflər açıldı

849844
Kilisdə suriyalı uşaqlar üçün siniflər açıldı

Türkiyənin Kilis şəhərində suriyalı uşaqların təhsil alması üçün Avropa İttifaqının dəstəyi ilə siniflər açıldı.

ürkiyə Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində 120 şagirdlik siniflərin açılış mərasimi Kilis "Hürriyyət" İbtidai Məktəbinin bağçasında  keçirildi.

Mərasimə Avropa İttifaqının Türkiyə Nümayəndəliyinin rəhbəri, səfir Christian Berger, UNİCEF-in Türkiyə üzrə nümayəndəsi Philippe Duamelle və UNİCEF-in xoş məramlı səfiri aktrisa Tuba Büyüküstün qatıldılar.

Christian Berger mərasimdə çıxış edərək, uşaqların təhsilinin Suriyanın gələcəyi üçün əhəmiyyət kəsb etdiyini qeyd etdi, ən əhəmiyyətli məsələnin münaqişə və müharibənin bitməsi olduğunu bildirdi.

Berger açılışdan sonra sinifləri gəzdi, şagirdlərlə söhbət etdi.

 



Әlaqәli Xәbәrlәr