Türkiyə prezidenti Küveytə səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah əl Sabahın dəvəti ilə Küveytə səfər etdi.

847625
Türkiyə prezidenti Küveytə səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah əl Sabahın dəvəti ilə Küveytə səfər etdi.
 
 Ərdoğanı Küveytin baş nazirinin birinci müavini və xarici işlər naziri Əl Xalid əl Sabah qarşıladı.
 
Türkiyə prezidenti Küveyt parlamentinin sədri Merzuk əl Ghanimi və baş nazir Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabahla  görüşdü.
 
Görüşlər mətbuata qapalı keçirildi.
 
 Daha sonra prezident Ərdoğan Bəyan sarayında Küveyt Əmiri Şehx əs-Sabah tərəfindən rəsmi mərasimlə qarşılandı.
 
 Mərasimdən sonra  Ərdoğan və Şeyx Sabah  təkbətək və heyətlərarası  görüşlər keçirdilər.
 
 Daha sonra  iki ölkə arasında "İdman Sahəsində Əməkdaşlıq Müqaviləsi","Birbaşa Sərmayələrin Təşviq Edilməsinə dair Memorandum" və "Elm və Texnologiya Sahəsində Əməkdaşlıq Protokolu"nun imzalanma mərasimi keçirildi.
 
 İmzalanma mərasimindən sonra Türkiyə prezidenti və Küveyt Əmiri Türk firmasının inşa etdiyi  Küveyt Beynəlxalq Hava Limanının yeni terminalının tikinti sahəsinə getdilər, orada brifinq keçirdilər.
 
  Prezident Ərdoğanı Küveyt səfərində Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi general Hulusi Akar, ədliyyə naziri Əbdülhəmid Gül, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkci, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclər və idman naziri Osman Aşkın Bak, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, meşə və su işləri naziri Veysel Eroğlu, nəqliyyat dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Aparatının baş katibinin müavini İbrahim Kalın müşayiət etdilər.



Әlaqәli Xәbәrlәr