"Terror qruplaşması PYD Suriya danışıqlarına qatıla bilməz"

Suriya mövzusu ilə əlaqəli danışıqlara heç bir terrorist qruplaşma dəvət edilməməlidir. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

846988
"Terror qruplaşması PYD Suriya danışıqlarına qatıla bilməz"

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiyanın Soçi şəhərində mətbuat mənsublarına açıqlama verib. Rusiyanın Suriya probleminə siyasi həll yolu tapmaq məqsədiylə Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlanan yığıncağa PKK-nın Suriyadakı qruplaşması PYD-nin də dəvət edilməsini təklif etdiyini ifadə edən Çavuşoğlu : “ Belə bir tədbirin keçirilməsinə etiraz etmirik. Ancaq bu yığıncaqların xüsusiyyəti əhəmiyyətlidir. Belə tədbirlərə heç bir terrorist qrupun dəvət edilməsini müsbət qarşılamarıq. PKK / PYD terror təşkilatıdır. PYD, YPG və PKK arasında heç bir fərqlilik yoxdur. Suriyadakı gerçək müxaliflərin tərkibində heç bir terror təşkilatının iştirak etməsinə icazə verilməməlidir. PKK / PYD, bütün kürdləri təmsil etmir, Bu ideoloji sahibi bir azlıqdan ibarətdir. Başqa kürd qruplar var və biz bu siyahını Rusiya təqdim etdik. YPG, 500 min Suriyalı kürdü evini tərk etməyə məcbur etdi. Bu qruplaşma mübahisəsiz terror təşkilatıdır”.



Әlaqәli Xәbәrlәr