Prezident Ərdoğan ABŞ və Rusiyaya çağırış verib

Prezident Rəcəb Tayyıb Ərdoğan, Rusiya Dövlət Başçısı Vladimir Putinlə görüşlər keçirmək üzrə Soçi şəhərinə yola düşüb.

846575
Prezident Ərdoğan ABŞ və Rusiyaya çağırış verib

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri əvvəlində hava limanında jurnalistlərə vərdiyi açıqlamada: “ Səfərim çərçivəsində baş tutacaq danışıqlarda ələ alınacaq mövzuların başında ticarət və iqtisadi əlaqələr gedir. Viza rejiminin ləğvinə dair maneələrin qaldırılmasını gözlədiyimizi daha bir dəfə xatırladacağam. "Biz 4 milyondan artıq rus turisti qəbul etdik. Enerji sahəsində güçlü əməkdaşlığımız davam edir. Rus qazını Türkiyə üzərindən Avropaya çatdıracaq olan Türk Akını layihəsinin tamamlanması ilə əlaqəli işlər sürətlə aparılır. Mersin şəhərində inşa ediləcək Akkuyu nüvə stansiyasının 2023-cü ildə fəaliyyətə başlaya bilməsi üçün lazımlı addımlar atılır. Cənab putin ilə görüşümüz  zamanı regional məsələlər də gündəmə daxil ediləcək. Bu barədə fikir mübadiləsi edəcəyik. Xüsusilə Suriya ilə əlaqəli son görüşlər, İdlib əsaslı danışıqlar əhəmiyyət kəsb edir. Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trump ilə Rusiya Dövlət Başçısı Vladimir Putinin Vyetnamda baş tutan Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) Forumu çərçivəsində keçirdikləri görüşdə, Suriyada problemin hərbi yollarla həllinin mümkün olmadığını irəli sürmələri doğru fikir deyir. Əgər hərbi həll yolundan nəticə əldə edilməsi mümkün deyilsə bəs çəksinlər əsgərlərini. ABŞ 1991-ci ildə Körfəz Döyüşü zamanı İraqa daxil olarkən bu ərazilərdə qalmayacağını açıqlamışdı. Buna əməl etdilər mi, yox. Dünya axmaq deyil. Bəzi faktlar təəssüf ki, fərqli səsləndirilsə də tətbiqi fərqli oldu. ABŞ-ın Suriyanın şimalındakı 5 hava bazası var. Rusiyanın da 5 hərbi bazası mövcutdur. Bu həqiqətləri gizlətmək olmaz. ABŞ Suriyaya 3500 yük maşını silah göndərdi”.

Rusiyadan alınacaq hava müdafiə sistemlərinə də toxunan prezident Ərdoğan S-400 raketlərin satın alınmasına dair razılaşmanın tamamlandığını texniki mövzuların isə müzakirə edildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr