"Dini müharibə başlasa..." B.Yıldırım

Amerika CNN televiziyasında yayımlanan GPS proqramında gündəmə dair sualları cavablandıran Türkiyənin Baş naziri Binəlı Yıldırım Suriya və İraqdakı vətəndaş müharibəsi, regional problemlər, İranla əlaqələr və DAEŞ-lə mübarizə ilə bağlı deyib...

845780
"Dini müharibə başlasa..." B.Yıldırım

  Amerika CNN televiziyasında yayımlanan GPS proqramında gündəmə dair sualları cavablandıran Türkiyənin Baş naziri Binəlı Yıldırım Suriya və İraqdakı vətəndaş müharibəsi, regional problemlər, İranla əlaqələr və DAEŞ-lə mübarizə ilə bağlı deyib:

  “500 ildir İran və Türkiyə arasında heç bir müharibə baş verməyib və Türkiyənin regional məsələlərə dair mövqeyi birmənalıdır. Amma biz hər hansı bir məzhəbin yayılmağa çalışılmasının sabitlik, təhlükəsizlik və regional sülh üçün yaxşı olmadığını bilirik. Bu səbəbdən şiə məzhəbinin regiona yayılması region üçün böyük təhlükədir. Dini müharibə başlasa, bunun nə zaman bitəcəyi və nə qədər sürəcəyini heç kim bilə bilməz. Buna görə qonşumuz İrana dostcasına bu çatdırırıq. ABŞ-ın da İran siyasəti məlumdur. İraqın birinci və ikinci işğalından bu yana ABŞ və İran münasibətləri yaxşı deyil. Obama rəhbərliyi Birləşmiş Millətlərin Təşkilatının daimi üzvləri ilə yanaşı Almaniya da daxil olmaqla nüvə sanksiyalar qarşısında bir anlaşmaya vardılar. İndi yeni rəhbərlik - Tramp rəhbərliyi İranla qarşı-qarşıya durmağa istəkli kimi görünür. Müqaviləni saf-çürük etmək, aradan qaldırmaq istəyirlər. Bunun qanuni olaraq mümkün olmadığını düşünürəm, çünki bu ikili deyil, çoxtərəfli sazişdir. Demək, sazişlə bağlı Avropa və ABŞ eyni fikirdə deyillər.

  ABŞ regionda yeni koalisiya qurmağa çalışır. Səudiyyə Ərəbistanı və İran əlaqələrinin uzun zamandır yaxşı getmədiyi də sirr deyil. Bu, birinci amildir. Digər amil isə kiçik ölkələrin bir araya gələrək Qətərə qarşı bir ittifaq yaradır. Amma bu cür mövqelər çox zərərlidir. Regionda onsuz da çox sayda problem var. Suriyada və İraqda vətəndaş müharibəsi gedir, hökumət gücsüzlüyü var, DAEŞ var.

  Üstəlik PKK, YPG və PYD var. Bunlar kürd-marksist-leninist qruplardır. Türkiyə üçün problem yaradırlar. Maarqlıdır ki, Amerika Birləşmiş Ştatları DAEŞ-i yenmək üçün bu təşkilatlarla birlikdə çalışır. Bu işbirliyinin bölgəyə sülh və sabitlik verəcəyini düşünmürük.

  Suriyada milyonlarla insan yerindən-yurdundan didərgin düşüb, bir milyondan çox məsum səbəbsiz yerə öldürülüb. 3,5 milyondan çox suriyalı həyatını xilas etmək üçün Türkiyəyə sığınıb. 6 ildən çoxdur ki, onlara ev sahibliyi edirik, təhsil və yaşama şəraiti yaradırıq. Bu, bizim üçün böyük bir problemdir. Ölüm təhdidi altında olanlara “sizi qəbul etmirik” deyə bilmərik, onlara hər zaman qapımız və qollarımız məmnuniyyətlə açıqdır. Əgər bölgədə yeni bir təhdid, yeni bir müharibə ortaya çıxarsa, bunun bədəlini kim ödəyəcək? Narahatlığımız budur.

  Türkiyə regionda güclü və stabil bir ölkədir. Asiya ilə Avropa arasında mədəniyyətlər ölkəsidir. Xristian və müsəlman xalqları arasında körpü vəzifəsini icra edən bir ölkədir. Türkiyə terror təhdidinin Avropaya, dənizlərdən keçib başqa ölkələrə yayılmamasında mühüm rol oynayır. Bu, təqdir edilməlidir. Bütün bunlara görə də Türkiyə Avropa İttifaqına daxilolma istəyi qərarlıdır. Amma Aİ da gedəcəyi istiqaməti müəyyən etməlidir: İttifaqda ölkələrin sayını artıracaqlar, yoxsa xristian klubu olaraq qalacaqlar.

  Türkiyənin Qərbin parçasıdır, həm coğrafi, həm də mədəniyyət olaraq avropalıdır.”



Әlaqәli Xәbәrlәr