“Ənənəvi müttəfiqlərimizlə yanaşı yeni dostlarımız da var”,B.Yıldırım

Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş “CNN İnternational” kanalında iştirak etdi.

843814
“Ənənəvi müttəfiqlərimizlə yanaşı yeni dostlarımız da var”,B.Yıldırım

“Ənənəvi müttəfiqlərimizlə yanaşı yeni dostlarımız da var”

Bunu Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş “CNN İnternational” kanalında iştirak etdiyi proqramda deyib.

Türkiyənin Orta Şərqdən kənarda da ittifaqlar yaratdığını vurğulayan Numan Kurtulmuş “Bölgəmizdə sülhün yaranması üçün cəhd göstəririk” deyib.

Türkiyənin strateji əhəmiyyətinə diqqət çəkən Kurtulmuş Türklər, Kürdlər və Ərəblər daxil bölgədə hər kəsin sülh və demokratiya içində bir arada yaşaması üçün cəhd göstərdiklərini söyləyib.

Nazir Türkiyə-ABŞ əlaqələrinə dair suala cavabən isə deyib ki, iki ölkə arasındakı əlaqələrdə eniş-çıxışlar olur. İstər ABŞ istərsə digər qərbli müttəfiqlərlə yaşanan problemlər həll edilər. Bu arada Rusiya, Çin və digər bölgə ölkələri ilə strateji əməkdaşlığımız olacaq. Əlbəttə ölkəmizin mənfəətlərinə üstünlük veririk.

Numan Kurtulmuş turizmlə əlaqəli sual qarşısında isə 24 mədəniyyətin mərkəzi olan Türkiyənin turistlər üçün önəmli bir cazibə mərkəzi olduğuna diqqət çəkib.



Әlaqәli Xәbәrlәr