Hulusi Akar:"TSQ parlaq gələcəyimizin yolunu açıq tutmaq uğrundakı mübarizəsinə davam edəcəkdir "

Türkiyə Slahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Türk millətinin dirçəlişi olan İstiqlal Savaşının Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında və millətin birləşməsi sayəsində qələbə ilə nəticələndiyini bildirdi.

844459
Hulusi Akar:"TSQ parlaq gələcəyimizin yolunu açıq tutmaq uğrundakı mübarizəsinə davam  edəcəkdir "

Türkiyə Slahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar 10 Noyabr Atatürkü Yad Etmə Günü münasibətilə mesaj yayımladı.

Baş Qərargah rəisi Atatürkün yalnız vətən torpaqlarını azad etməklə kifayətlənmədiyini, eyni zamanda, millətin ruhuna hopan müstəqillik və müasirlik atəşini bütün ölkəyə yaydığını ifadə etdi.
 
 Akar Atatürkün alovlandırdığı müstəqillik məşəlini daşıyan Türk Silahlı Qüvvələrinin  "ordu-xalq birliyi"nin ən gözəl nümunəsini yaratdığını vurğulayaraq:"Türkiyə Silahlı Qüvvələri təhlükələrə qarşı və parlaq gələcəyimizin yolunu daim açıq tutmaq uğrundakı mübarizəsinə davam edəcəkdir" dedi.
 
 Hulusi Akar təbrikində Türkiyəyə yönələn hər növ təhlükənin TSQ-nin əzmi və qətiyyətli mübarizəsi sayəsində mütləq aradan qaldırılacağını vurğuladı.

 

 

 



Әlaqәli Xәbәrlәr