Türkiyənin Milli Müdafiə naziri NATO Qərargahında

Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün getdiyi Belçikadakı NATO Qərargahında ingiltərəli həmkarı Qevin Uilamsonla (Gavin Williamson) bir araya gəlib.

843581

  N.Canikli NATO Baş katibi Yens Stoltenberq və Amerika Birləşmiş Ştatları Müdafiə naziri Ceyms Mattislə ayrı-ayrılıqda görüşəcək, daha sonra Nüvə Planlaşdırma Qrupu Müdafiə Nazirlərinin İclasında iştirak edəcək.

  Türkiyənin Milli Müdafiə naziri ispaniyalı həmkarı Mariya Dolores de Kospedalla görüşdən sonra Fransa və İtaliya Müdafiə nazirlərilə üçtərəfli görüşdə olacaq.

  Toplantıdan sonra Türkiyə, Fransa və İtaliya Müdafiə Nazirlikləri arasında müdafiə əməkdaşlığına dair bəyannamə imzalanacaq. Bundan sonra Şimali Atlantika Şurası Müdafiə Nazirləri İclasında iştirak edəcək N.Canikli Almaniya Müdafiə Naziri Ursula von der Lyen və Fransa Müdafiə naziri Florens Perli (Florence Parly) ilə ayrı-ayrılıqda görüşəcək.

Әlaqәli Xәbәrlәr