Türkiyə-Ermənistan sərhəd zolağı kameralarla izlənəcək

Türkiyənin Ermənistanla sərhədinin mütəmadi olaraq izlənməsi üçün bölgədə "Analitik Təhlükəsizlik Sistemi" quruldu.

843318
Türkiyə-Ermənistan sərhəd zolağı kameralarla izlənəcək

Türkiyənin Ermənistanla sərhədinin mütəmadi olaraq izlənməsi üçün bölgədə "Analitik Təhlükəsizlik Sistemi" quruldu.

Qars Valiliyindən verilən xəbərə görə, layihənin tenderi avqustun 3-də keçirilib. Podratçı firma ilə avqustun 17-də müqavilə bağlanıb.

Xəbərdə deyilir: "Sərhədboyu zolaqda kameraların montajl və sabitlənmə işləri başa çatdırılıb. Hazırda sistem test edilir. 2 milyon 880 min lirəyə başa gələcək layihə ilə Türkiyə-Ermənistan Qars sərhəd zolağı daha təhlükəsiz olacaq, zamanla baş verən mənfi halların qarşısı alınacaq "

 

 

 



Әlaqәli Xәbәrlәr