"Yeni Mərkəzin yenilənməsinə başqa məna verilməsini istəmirik", N.Kurtulmuş

Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş cəmiyyətin bütün təbəqələrinin Atatürk Mədəniyyət Mərkəzinin tərkibində alacağını söylədi.

841810
"Yeni Mərkəzin yenilənməsinə başqa məna verilməsini istəmirik", N.Kurtulmuş

  Haliç Konqres Mərkəzində təşkil olunan yeni Atatürk Mədəniyyət Mərkəzi Layihəsinin təqdimat mərasimində etdiyi çıxışında Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş dedi: “

  “Bu gün təkcə İstanbul deyil, bütün Türkiyə üçün tarixi bir gün başlayır. Atatürk Mədəniyyət Mərkəzi yenilənir, dövrün tələblərinə cavab verən mərkəzə çevrilir və İstanbulun son dərəcə əhəmiyyətli bir binası olur.

  Atatürk Mədəniyyət Mərkəzi artıq köhnəlmişdi, günün tələblərini yerinə yetirə bilmirdi. Ona görə yeni bir binaya ehtiyac var idi. Buna uzun bir hazırlıq dövründən belə gözəl layihə ortaya çıxardıq, Türkiyə ictimaiyyətinə təqdim edirik. İnşallah, 2019-cu ildə bitirəcək, içində mərasimlər, toplantılar keçiriləcək, konsert veriləcək. Yeni Atatürk Mədəniyyət Mərkəzi özünə xas bəzi cizgilərə malik olacaq. Yeni bina Türkiyə üçün bir qürur layihəsi olacaq. Atatürk Mədəniyyət Mərkəzinin yenilənməsinə heç kəsin ideoloji, şərtli və tərəfli yanaşmasını istəmirik. Bütün Türkiyənin iftixar edəcəyi, içərisində son dərəcə gözəl tədbirlərin olacağı bir mədəniyyət və incəsənət mərkəzi yaradırıq."



Әlaqәli Xәbәrlәr