Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya reallaşdıracağı səfərin tarixi açıqlandı.

841812
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya reallaşdıracağı səfərin tarixi açıqlandı. Buna görə Dövlət başçısı Ərdoğan noyabrın 13-də adı çəkilən ölkəyə səfər edəcək. 

Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

İki ölkə liderlərinin görüşü Soçidə keçiriləcək. 

Kremlinin sözçüsü Dmitriy Peskov noyabrın 2-də bəyanat yayaraq iki ölkə liderlərinin yeni görüşü üçün hazırlıqlar görüldüyünü söyləmişdi.

Qeyd edək ki, iki liderin ən son sentyabrın 28-də paytaxt Ankarada görüşü olmuşdu. 

Dövlət başçısı Ərdoğan noyabrın 14-də isə Küveytə səfər edəcək.



Әlaqәli Xәbәrlәr