Türkiyənin Milli Müdafiə naziri Qətərdədir

Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikki Qətərdə rəsmi səfərdədir.

840909
Türkiyənin Milli Müdafiə naziri Qətərdədir

   Qətərin paytaxtı Dohaya gedən N.Canikli hərbi mərasimlə qarşılanıb, sonra qətərli həmkarı Xalid Məhəmməd Attiyahla görüşüb. İki nazir hərbi və müdafiə sənayesi əməkdaşlıq məsələlərini müzakirə edib.

  Türkiyənin Milli Müdafiə naziri Türkiyənin Qətərdəki ən böyük müdafiə sənaye layihəsi olan Vertolyot Təlimi və Uçuş Mərkəzinin açılışında iştirak edəcək.



Әlaqәli Xәbәrlәr