Ecevit vəfatının 11-ci ilində məzarı başında yada salındı

Dövlət Məzarlığında keçirilən mərasimdə Demokrat Sol Partiyanın sədri  Önder Aksakkal və partiyanın çox sayda üzvləri iştirak edib.

840958
Ecevit vəfatının 11-ci ilində məzarı başında yada salındı

  Türkiyənin keçmiş Baş nazirlərindən olan Bülent Ecevit vəfatının 11-ci ilində məzarı başında yada salındı.  

  Dövlət Məzarlığında keçirilən mərasimdə Demokrat Sol Partiyanın sədri  Önder Aksakkal və partiyanın çox sayda üzvləri iştirak edib.

  Mərasimdə Ecevitin qəbrinə çələng və qərənfil qoyulduqdan sonra onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

  Ö.Aksakkal mərasimdə etdiyi çıxışında Bülent Ecevitin siyasi həyatı boyu vətənin və millətin varlığı, xalqın xoşbəxtliyi və dünyada sülh üçün siyasət apardığını vurğulayıb.

  Mərhum Ecevitin xanımı Rahşan Ecevit də mərasimdən əvvəl məzarlığa gələrək həyat yoldaşının qəbrini ziyarət edib.



Әlaqәli Xәbәrlәr